...

Şirvanda itkin düşən bacı və qardaş tapılıb

Cəmiyyət Materials 20 Dekabr 2017 12:53 (UTC +04:00)
Şirvan şəhərində itkin düşən bacı və qardaş tapılıb.
Şirvanda itkin düşən bacı və qardaş tapılıb

Bakı. Samir Əli - Trend:

Şirvan şəhərində itkin düşən bacı və qardaş tapılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-nə müraciət edib.

Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti