Bakı. Trend:
Azərbaycan və Belarus əczaçılıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.
Səfir qeyd edib ki, zavodun Azərbaycan ərazisində açılması planlaşdırılır.