...

Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə çıxıb

Cəmiyyət Materials 18 Yanvar 2018 21:13 (UTC +04:00)
“Qanlı - 20 Yanvar” hadisələri ilə bağlı, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyanın aparıcı qəzetlərindən biri olan, “Correio Braziliense” və “EmbassyBrasilia” elektron jurnalında məqaləsi dərc edilib.
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə çıxıb

Bakı. Trend:

“Qanlı - 20 Yanvar” hadisələri ilə bağlı, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyanın aparıcı qəzetlərindən biri olan, “Correio Braziliense” və “EmbassyBrasilia” elektron jurnalında məqaləsi dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, “Azerbaijao: 28 anos se passaram desde o Janeiro Negro” (Azərbaycan: Qara Yanvardan 28 il ötür) adlı məqalədə Azərbaycan xalqının 90-cı illərdə müstəqillik uğrunda apardığı mübarizə və Sovet ordusu tərəfindən xalqa qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Azərbaycan tarixinə Qara Yanvar kimi yazılan bu tarixi hadisəyə birinci siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev olub.

Məqalədə qeyd olunub ki, məhz Heydər Əliyevin siyasi qiymətləndirilməsi bu hadisənin beynəlxalq ictimaiyyət arasında tanınmasına təkan verib.

Həmçinin, məqalədə iyirmi yanvar günü, milyonlarla Azərbaycan vətəndaşının Şəhidlər Xiyabanını ziyarət etdiklərini və müstəqillik uğrunda canını vermiş insanları yad etdikləri bildirilib.

Məqalənin sonunda səfir Elxan Poluxov Azərbaycanla-Braziliya arasında uğurlu münasibətlərdən bəhs edərək, ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

“Correio Braziliense” qəzeti və “EmbassyBrasilia” elektron jurnalı Braziliya paytaxtında dərc edilən ən iri, gündəlik kütləvi informasiya vasitələrindəndirlər və geniş oxuyucu kütləsinə malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti