Bakı. Samir Əli - Trend:
Bakının Keşlə qəsəbəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisədə xəsarət alan olmayıb.
X X X
Bakının Keşlə qəsəbəsində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən özəl olaraq Trend-ə bildiriblər ki, hadisə qəsəbə ərazisindəki məişət tullantıları sahəsində baş verib. Bildirilib ki, hadisə nəticəsində əraziyə yığılmış istifadəsiz avtomobil şinləri və məişət tullantıları alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının qarşısı alınmaq üzrədir.
Mərkəzdən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.