...

Bayılda evlərindən çıxarılan ailələlərə sabahdan kartlar paylanacaq (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Fevral 2018 13:14 (UTC +04:00)
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında sürüşmə baş verən ərazidə təhlükə ilə üzləşən mənzil sahibləri ilə növbəti dəfə görüş keçirib.
Bayılda evlərindən çıxarılan ailələlərə sabahdan kartlar paylanacaq (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında sürüşmə baş verən ərazidə təhlükə ilə üzləşən mənzil sahibləri ilə növbəti dəfə görüşüb.

Bunu Trend-ə İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Qurum rəsmisi bildirib ki, icra başçısı hazırda sakinləri onların yerləşdirildiyi sığınacaqda qəbul edib: "Görüşün məqsədi sakinlərə kirayə evlərə çıxmaq üçün veriləcək kompensasiyalarla bağlı olub. Sabahdan 67 ailəyə kartlar təqdim olunacaq. Həmin kartlar kirayə haqları köçürülmüş 11 aylıq xüsusi kartlardır. Məbləğə gəlincə, ödənişlər ailə üzvlərinin sayına müvafiq ödənilir".

İ.Kərimov əlavə edib ki, ümumilikdə 98 ailə köçürüləcək: "10 gün ərzində isə evləri dağılmış ailələrə dəyən zərərin həcmi müəyyənləşdiriləcək".

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında sürüşmənin aktivləşməsi nəticəsində 90-a yaxın mənzil uçmaq təhlükəsilə üzləşib, 4 ev isə tamamilə uçub. Hadisə ilə bağlı sakinlər ərazidən çıxarılıb və sığınacaqda yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti