...

Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı artıb

Cəmiyyət Materials 25 Mart 2018 17:47 (UTC +04:00)
2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 10 faiz artıb.
Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 10 faiz artıb.

Trend-in məlumatına görə, 2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur.

Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali məktəblərin sırasına Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti daxildir.

Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Türkmənistan və Çindən gələnlər üstünlük təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti