...

Bakı məktəblisi beynəlxalq turnirdə I yeri tutub

Cəmiyyət Materials 7 Mart 2018 10:12 (UTC +04:00)
Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.
Bakı məktəblisi beynəlxalq  turnirdə I yeri tutub

Bakı. İlhamə İsabalayeva - Trend:

Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.

F.İdrisov medal və diplomla təltif olunub.

Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.

Qeyd edək ki, 7 ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti