BSU-da Belarus təhsil günləri keçirilib (FOTO)

BSU-da Belarus təhsil günləri keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanda Belarus Təhsil Günləri çərçivəsində “Azərbaycan və Belarus ali təhsilinin beynəlmiləlləşdirilməsi” adlı tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak etmək üçün Belarus Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin konsultantı Olqa Xatkeviç, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Aleksandr Juk, P.O.Suxoy adına Qomel Dövlət Universitetinin prorektoru Aleksandr Sıçev, Fransisko Skorin adına Qomel Dövlət Universitetinin prorektoru Yuriy Nikityuk, Yanka Kupala adına Qrodnensk Dövlət Universitetinin prorektoru Yuriy Belıx, Belarus Dövlət İnformatika və Elektornika Universitetinin prorektoru Dmitriy Kuznetsov, Belarus Milli Texniki Universitetin Beynəlxalq Əməkdaşlıq və Xarici İqtisadi Fəaliyyət İdarəsinin mütəxəssisi Anna Yablonskaya və Belarus Təhsil Nazirliyinin, həmçinin Balarusda fəaliyyət göstərən ayrı-ayrı universitetlərin rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər. Bundan əlavə, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Şahlar Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və digər şəxslər tədbirə qatılıblar.

Universitetin foyesində Azərbaycanın milli adət-ənələrinə uyğun, duz-çörəklə qarşılanan qonaqlar BSU tələbələrinin hazırladığı konsert proqramına tamaşa ediblər. Tədbirdə Belarus milli rəqsi “Kupalinka” nümayiş olunub, S.Vurğunun “Azərbaycan” şeiri həm Azərbaycan dilində, həm də Maksim Tankın tərcüməsində Belarus dilində səsləndirilib. Ttələbələrin ifasında İqor Timakovun “Belaya, belaya rus” və BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdi Aysel Məmmədovanın ifasında “Sarı gəlin” mahnısı dinlənilib. Sonda BSU-nun “Arzu” rəqs ansamblının hazırladığı Azərbaycan xalq rəqsi təqdim olunub.

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyət mərkəzində olmuş, burada Belarus xalqının keçdiyi tarixi yol, Azərbaycan-Belarus əlaqələrinin inkişaf mərhələləri, milli-etnoqrrafik xüsusiyyətləri əks etdirən slaydlara tamaşa etmişlər.

Tədbir dəyirmi masa ilə davam edib. Dəyirmi masada Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva BSU-nun Belarus ali məktəbləri ilə əməkdaşlığının bu günkü vəziyyəti və perspektivləri barədə geniş məruzə ilə çıxış etmiş, xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlərdən söhbət açmışdır. O, Azərbaycanın Belarus Respublikası ilə əlaqələrinin tarixinə nəzər salaraq hər iki ölkənin bütün zamanlarda qarışılıqlı etimad və etibara əsaslanan əməkdaşlığı barədə tarixi faktlar səsləndirib. Rektor Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının Belarus ilə Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunduğunu, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində hər iki keçmiş sovet respublikasının müstəqil dövlət kimi bir-birinə daha da yaxınlaşdığını bildirib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vaxtilə BSU-da olduğunu, universitet tələbələri ilə görüşdüyünü xatırladaraq, hazırda BSU-da Belarus mərkəzinin, Belarusun bir çox univesitetlərində isə Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb. N.Əliyeva bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyasətin ölkələrimiz arasında dostluq və əməkdaşlığın genişlənməsinə yönəldiyini qeyd edib.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Aleksandr Juk “Belarus və Azərbaycan dilləri Belarus və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi faktoru kimi” adlı məruzə ilə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin bundan sonra daha intensiv xarakter alacağını deyib. Rektor çıxışında universitetlər arasında müəllim-tələbə mübadiləsinin, birgə elmi-pedaqoji layihələrin həyata keçirilməsi barədə məlumat verib. A.Juk həmçinin BDPU-da çalışan Azərbaycanlı alimlərin fəaliyyətinə yüksək dəyər verib.

Sonra tədbirdə P.O.Suxoy adına Qomel Dövlət Universitetinin prorektoru Aleksandr Sıçev “Elmi tədqiqatların beynəlmiləlləşdirilməsi”, Fransisko Skorin adına Qomel Dövlət Universitetinin prorektoru Yuriy Nikityuk “Fransiska Skorin adına Qomel Dövlət Universitetinin nümunəsində ali təhsilin beynəlmiləlləşməsi kontekstində fasiləsiz təhsil”, BSU-nun prorektoru Telman Cəfərov “Azərbaycan-Belarus ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi və inteqrasiyası prosesinin imkanları”, Yanki Kupala adına Qrodnensk Dövlət Univesitetinin prorektoru Yuriy Belıx “Təhsil müəssisələrində xarici tələbələrin adaptasiyası”, BSU-nun multikulturalizm kafedrasının müəllimi Maya Cəfərquliyeva “Multikulturalizm Azərbaycanın ali təhsil müəssisələrində tədris prosesinin komponenti kimi” və s. məruzələrlə çıxış ediblər.

BSU-nun müəllimi, professor Rəhilə Quliyeva Azərbaycan-Belarus xalqlarının ümumi milli-mənəvi dəyərlərindən danışaraq, birləşdirici ortaq cəhətlərdən biri kimi hər iki xalqın baharla bağlı bayramlarının analoji xüsusiyyətləri barədə məlumat verib.

Tədbirin sonunda Bakı Slavyan Universiteti və Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Loading Bars
Xəbər lenti
Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb (FOTO)
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək
Parlamentin Hesablayıcı komissiyası yenidən təşkil ediləcək
Yanvarın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib
Samux sakinindən narkotik aşkar edilib
"Apple" və "Facebook"un gəlirləri açıqlandı
Norveç koronavirusa görə sərhədlərini bağlayacaq
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Xarici və yerli investorların Azərbaycanın elektroenergetika sahəsinə marağı artır
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Bütün xəbərlər