...

Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu

Cəmiyyət Materials 7 Mart 2018 13:39 (UTC +04:00)
Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb.
Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu

Bakı. Trend:

Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb.

Azərbaycan Konqreslər Bürosundan Trend-ə verilən məlumata görə, növbəti ticarət festivalı mayın 1-dən 31-dək keçiriləcək. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti