...

Sabaha olan hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 25 Mart 2018 12:29 (UTC +04:00)
Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. Trend:

Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə,havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti,

dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti