...

Ruslan Ağamirov: Biz azarkeşləri məyüs edə bilməzdik

Cəmiyyət Materials 15 Aprel 2018 02:35 (UTC +04:00)
İnsanlar o qədər güclü azarkeşlik edirdilər ki, biz onları məyus edə bilməzdik.
Ruslan Ağamirov: Biz azarkeşləri məyüs edə bilməzdik

Bakı. Trend:

İnsanlar o qədər güclü azarkeşlik edirdilər ki, biz onları məyus edə bilməzdik. Bunu Trendə Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxışından sonra azərbaycanlı gimnast Ruslan Ağamirov deyib.

Ağamirov bildirib: "Biz məcburi və sərbəst proqramları yerinə yetirdik, hər şeyi yaxşı etdik, səviyyədə. İkinci Avropa oyunlarına lisenziya qazandıq, onlar 2019-cu ildə Belarusda keçiriləcək".

İdmançı həmçinin qeyd edib ki, Avropa Çempionatının təşkil olunması yüksək səviyyədə həyata keçirilib, bunu bütün idmançılar qeyd edir: "Azərbaycan hər zaman müxtəlif idman yarışmalarının yüksək səviyyəli təşkilatçılığı ilə məşhur olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti