...

İndoneziyanın gənclər və idman naziri ADU-da olub (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2018 11:17 (UTC +04:00)
Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya gənclər və idman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti tələbələrlə görüşüb.
İndoneziyanın gənclər və idman naziri ADU-da olub (FOTO)

Bakı. Trend:

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya gənclər və idman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti tələbələrlə görüşüb.

Trend-in məlumatına görə, görüş ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi haqqında məlumat verib. S.Hüseynov ADU-da fəaliyyət göstərən fakültələr, tədris olunan dil və mədəniyyətlər haqqında danışıb.

ADU-da altı mindən çox tələbənin təhsil aldığını deyən prorektor beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisasında ümumilikdə təhsilin bakalavr pilləsi üzrə 77 nəfər və magistratura pilləsi üzrə isə 7 nəfərin təhsil aldığını qeyd edib.

ADU-da mövcud olan İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən söz açan prorektor bu yaxınlarda İndoneziya universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradıldığını, orada “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu xatırladıb. S.Hüseynov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənaninin ADU-nun yaxın dostu olduğunu və daim dəstəyini əsirgəmədiyini qeyd edib.

İndoneziya gənclər və idman naziri İman Nahravi universitetdə olmaqdan şad olduğunu söyləyib. ADU-nun fəaliyyəti və tədris olunan dillər haqqında məlumata sahib olduğunu deyən İ.Nahravi İndoneziya dili və bu dilin işlək olduğu ərazilər haqqında danışıb. Nazir, həmçinin Azərbaycan-İndoneziya əlaqələrindəki inkişafdan söz açıb.

Sonra hər iki ölkəni simvolizə edən hədiyyələr təqdim olunub.

Sonda nazir İ.Nahravi İndoneziya Araşdırmalar Mərkəzi ilə tanış olub. Mərkəzdə tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, görüşdə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti