...

"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2018 21:22 (UTC +04:00)
Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.
"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin rəhbərliyi və məsul işçiləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, prokurorlar, vəkillər, elm və tədris müəssisələrinin nümayəndələri, alimlər, gənc hüquqşünaslar, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.

Konfransda ümummilli lider Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu naminə titanik fəaliyyətindən, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna rolundan bəhs olunub, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, ulu öndərin təməlini qoyduğu mütərəqqi ədliyyə və məhkəmə islahatlarının nailiyyətləri qeyd edilib.

Ədliyyə naziri F.Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə çıxış edib.

Bildirib ki, ulu öndər uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində xalqımızı müstəqilliyimizi yenidən itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitliyi və qanunçuluğu bərqərar etmiş, ölkəmiz demokratik hüquqi dövlət quruculuğu yolunu seçərək bütün sahələrdə köklü mütərəqqi islahatlar aparılmışdır.

Konfransda ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının, prokurorluq və vəkillik təsisatlarının müasir dövrün tələbləri səviyyəsində qurulması, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması və yerli demokratiyanın bərqərar olunması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı aparılan islahatlara dair çıxışlar edilib, ulu öndərin insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, gənclər siyasəti, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti