...

Binəqədidə faşizm üzərində Qələbənin 73 illiyi keçirilib (FOTO)

Cəmiyyət Materials 9 May 2018 16:15 (UTC +04:00)
Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73 illiyi münasibətilə tədbir keçirilib.
Binəqədidə faşizm üzərində Qələbənin 73 illiyi keçirilib (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbir başlamazdan əvvəl hərbi geyimdə olan azyaşlılar “Qələbə günü” mövzusunda olan musiqinin sədaları altında veteranları gül dəstələri ilə qarşıladılar və veteranlar onlar üçün təşkil olunmuş çay süfrəsi ətrafında xatirələrini bölüşdülər. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun İkinci Dünya müharibəsi iştirakçıları ilə görüşü keçirilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, başçının müavinləri İlqar Süleymanov, Aygün Əliyeva, Vüsar İsmayılov, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, İctimai Birliklərin rəhbərləri, Böyük Vətən Müharibəsi Veteranları İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov və Böyük Vətən Müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən X.İsgəndərov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulamış, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib. Natiq eyni zamanda qeyd edib ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilib və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir.

Daha sonra çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Novruz Rəhimov, Böyük Vətən Müharibəsi Veteranları İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar. Daha sonra çıxış edən İkinci Dünya müharibəsi iştirakçısı Məmməd Quliyev keçmiş döyüş xatirələrindən danışaraq qeyd edib ki, İkinci Dünya müharibəsi iştirakçılarından bir çoxu hətta Qarabağ döyüşlərində də iştirak edib, şücaət göstəriblər. Tədbirdə iştirak edən digər İkinci Dünya müharibəsi iştirakçıları dövlətimizin öz vətəndaşlarına göstərdiyi bu qayğının onlara mənəvi dayaq olduğunu vurğulayaraq, ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Çıxışlar bitdikdən sonra RİH başçısı X.İsgəndərov yekun nitqlə çıxış edərək tədbiri yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti