...

Əfv Komissiyası daha 100 müraciətə baxdı

Cəmiyyət Materials 11 May 2018 17:53 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Əfv Komissiyası daha 100 müraciətə baxdı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Xəbər lenti

Xəbər lenti