...

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

Cəmiyyət Materials 4 İyun 2018 10:11 (UTC +04:00)
Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

Bakı. Trend:

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

Dövlət İmatahan Mərkəzindən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti