...

Astarada Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2018 20:16 (UTC +04:00)
“Bizə Qurtuluş bəxş etmiş dahi” mövzusunda sərgi və tədbir keçirilib.
Astarada Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Bizə Qurtuluş bəxş etmiş dahi” mövzusunda sərgi və tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib. Bildirib ki, görkəmli dövlət xadimi, bütün türk dünyasının nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrilib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini qoruyub və onu daimi, əbədi, sarsılmaz, dönməz edib. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti var. Bu gün Prezident İlham Əliyev ümummilli liderin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Tədbirdə Astara Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov və Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış ediblər.

İştirakçılara Milli Qurtuluş Günü mövzusunda sənədli film nümayiş olunub, Astara Bilik Evinin rəssamlıq dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti