...

BDU rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin konfransında çıxış edib (FOTO)

Cəmiyyət Materials 22 İyun 2018 17:53 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yunanıstanın Saloniki şəhərində Aristotel Universitetinin ev sahibliyi ilə keçirilən Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin (BSUN – Black Sea Universities Network) 2018-ci il Konqresində və rektorlarının XIII konfransında iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan da daxil olmaqla 11 ölkənin 35 ali təhsil ocağından rektorlar və nümayəndələr iştirak edib. BMT-nin Davamlı İnkişaf Planının həyata keçirilməsinə yardım məqsədi ilə təşkil olunan tədbir Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik yubileyinin qeyd olunması ilə başlayıb.

Konfransda Azərbaycanın son illər elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən bu təşkilata verdiyi töhfələrdən bəhs edilib. Ruminiyanın elm mərkəzləri ilə BDU arasında nanotexnologiyalar sahəsində aparılan işlərin uğurlu nəticələrindən danışılıb.

Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinə BDU-nun rəhbərlik etdiyi 2002-2004-cü illər intibah dövrü kimi qiymətləndirilib. Şəbəkənin daimi katibliyinin məhz bu illərdə BDU rektoru, akademik A.Məhərrəmovun rəhbərliyi ilə yaradıldığı qeyd olunub.

Konfrasda rektor, akademik A.Məhərrəmov məruzəsində Prezident İlham Əliyevin elmə və təhsilə göstərdiyi qayğıdan, bu sahədə aparılan uğurlu islahatlardan, həmçinin təhsil müəssisələrinin inkişafından danışıb.

Sonda rektor A.Məhərrəmova Assosiasiyanın yubiley mükafatı təqdim olunub.

Konfransda 2019-cu ildə BDU-nun 100 illik yubileyinin UNESCO və İSESCO ilə yanaşı BSUN-un dəstəyilə qeyd olunması barədə də qərar qəbul edilib. Akademik A.Məhərrəmovun müəllifi olduğu Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik dövrünü əhatə edən kitab iştirakçılara təqdim edilib.

Daha sonra çıxış edən BSUN-un İdarə Heyətinin sədri, professor Eden Mahmut Azərbaycanın nüfuzlu təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib.

Konfransda Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı məruzələrlə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti