Bakı. Trend:
Azərbaycan gimnastları İlya Qrişunin və Ruslan Ağamirov İsveçrənin Aroza kommunasında keçirilən batut gimnastikası üzrə FIG Dünya Kubokunda batutda sinxron tullanma hərəkətlərində birinci olublar.
Trend-in "Inside the Games"ə istinadən verdiyi məlumata görə, gimnastlarımız 50.050 bal toplayıblar.
Batutda sinxron tullanma hərəkətlərində gümüş medalı Ukrayna təmsilçiləri Dmitro Sobakar və Anton Davıdenko (48.670), bürünc medalı isə bolqarıstanlı gimnastlar Mariyan Mixalev və İvelin Yordanov (48.670) qazanıblar.