...

Azərbaycanlı gimnast Leyli Ağazadə: Milli Gimnastika Arenasında çıxış etdiyimə görə xoşbəxtəm

Cəmiyyət Materials 12 Avqust 2018 23:43 (UTC +04:00)
Milli Gimnastika Arenasında tamaşaçılar çox dəstək verir, bu isə bizə çıxış etməyə kömkəklik göstərir
Azərbaycanlı gimnast Leyli Ağazadə: Milli Gimnastika Arenasında çıxış etdiyimə görə xoşbəxtəm

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında tamaşaçılar çox dəstək verir, bu isə bizə çıxış etməyə kömkəklik göstərir.

Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin 2006-2007-ci il təvəllüdlü gimnastları arasında qrup yarışmalarında birinci yeri tutan "Ocaq 1" komandasının üzvü Leyli Ağazadə bildirib.

L.Ağazadə qeyd edib: "Nəticədən çox razıyam, biz çox məşq etmişik, yarışlara hazırlaşmışıq. Çıxış etmək bir az qorxulu idi, amma xalça üzərinə çıxdıqdan sonra özümüzü topladıq və layiqli çıxış etdik. Ümid edirəm ki, məşqçilər bizə görə şaddılar".

Gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında çıxış eməyinə görə xoşbəxtdir: "Milli Gimnastika Arenasına çıxış etməkdən çox xoşum gəlir - buranın zalı böyük və çox rahatdır. Tamaşaçılar həmişə azarkeçlik edir və dəstəkləyir, bu isə çox kömək edir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.

Bu gün 2008-2010-cu il təvəllüdlü gimnastların alətsiz və topla qrup yarışları, 2006-2007-ci il təvəllüdlü gimnastların lentlə qrup yarışları və 2003-2005-ci il təvəllüdlü gimnastların halqa, top, gürzlər və lentlə hərəkətlərdə final çıxışları baş tutub.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edib.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunub.

Xəbər lenti

Xəbər lenti