...

Batumi çimərliklərində yayılmış rotavirus və astrovirusun Azərbaycan üçün təhlükəsi varmı?

Cəmiyyət Materials 13 Avqust 2018 17:54 (UTC +04:00)
Son günlər Gürcüstanın Batumi şəhərində - Qara dənizin sahilindəki çimərliklərə gedən insanlar arasında bağırsaq infeksiyaları - rotavirus və astrovirusa yoluxma hallarının olması barədə məlumatlar yayılır.
Batumi çimərliklərində yayılmış rotavirus və astrovirusun Azərbaycan üçün təhlükəsi varmı?

Bakı. İlhamə İsabalayeva - Trend:

Son günlər Gürcüstanın Batumi şəhərində - Qara dənizin sahilindəki çimərliklərə gedən insanlar arasında bağırsaq infeksiyaları - rotavirus və astrovirusa yoluxma hallarının olması barədə məlumatlar yayılır.

Verilən məlumatlara görə, son günlərdə bu şikayətlə Gürcüstan xəstəxanalarına müraciət edənlərin sayı xeyli çoxalıb.

Azərbaycanlıların da yay aylarında daha çox səfər etdiyi Batumidə yayılan virusun ölkəmizə təhlükəsi ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, Azərbaycanda bir neçə il əvvəl astrovirusa yoluxma aşkarlansa da, hazırda ölkədə bu virusla xəstələnmə halları yoxdur.

A.Əliyevanın sözlərinə görə, ümumilikdə ölkədə bağırsaq infeksiyalarına yoluxma halları azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti