...

Məleykə Abbaszadədən abituriyentin 596 balla ali məktəbə qəbul ola bilməməsi iddiasına cavab

Cəmiyyət Materials 16 Avqust 2018 15:29 (UTC +04:00)
Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması ilə bağlı iddia qəbul olunmur.
Məleykə Abbaszadədən abituriyentin 596 balla ali məktəbə qəbul ola bilməməsi iddiasına cavab

Bakı. İlhamə İsabaleyava - Trend:

Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması ilə bağlı iddia qəbul olunmur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu balla ali məktəbə qəbul ola bilməməsi barədə iddialarına münasibət bildirərkən deyib.

M.Abbaszadə qeyd edib ki, Mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb:

"Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimailəşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu üçün və sosial şəbəkələrdə bu yalan məlumatı yaydığı üçün ekspert Kamran Əsədov məhkəməyə veriləcək".

M.Abbaszadə qeyd edib ki, abituriyentin imtahan nəticələri ilə bağlı heç bir saxtakarlıq olmayıb:

"Abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Həmin iş nömrəli abituriyent daha aşağı bal topladığı üçün müsabiqədən keçməyib. Sadəcə olaraq, imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılıb və həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar yüksək qeyd olunub".

M.Abbaszadə əlavə edib ki, DIM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün DİM tərəfindən müvafiq addımlar atılacaq. M.Abbaszadənin sözlərinə görə, imtahan nəticələri ilə bağlı abituriyentə gələn SMS-lə bağlı da məlumatlar araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti