Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11-ci qrant müsabiqəsini elan edib

Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11-ci qrant müsabiqəsini elan edib

Bakı. Trend:

Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra - “Fond”) 18-29 yaşlı gəncləri (bundan sonra - “gənc”) və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini bu gündən (28 avqust) təqdim etməyə dəvət edir.

Fonddan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatları və ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox, “C” kateqoriyası üzrə layihə təkliflərinin icra müddəti isə 3 aydan az, 6 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10.000 (on min) manatdan, “B” kateqoriyası üzrə 15.000 (on beş min) manatdan, “C” kateqoriyası üzrə isə 5.000 (beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

Müsabiqədə yalnız 2017-ci ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları və 1989-cu il avqustun 28-dən 2002-ci il sentyabrın 23-dək anadan olmuş gənclər iştirak edə bilərlər.
Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilər.
“A” və ya “B” kateqoriyası üzrə layihə təqdim edən gənclər təşkilatlarının rəhbərləri və həmin layihələrin işçi heyəti “C” kateqoriyası üzrə layihə təqdim edə bilməzlər.
Layihə təklifləri yalnız bu elanda göstərilmiş tələb və istiqamətlərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları və gənclər tərəfindən mümkün olmalıdır.
“A” və ya “B” kateqoriyası üzrə layihəsinin icrası başa çatmış, lakin 2018-ci il sentyabr ayının 08-dək təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq.
Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.
Gənclər və dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları təqdim edəcəkləri layihə təklifini müvafiq qaydada əsaslandırmalıdır (layihənin hədəf və məqsədi, məqsədə nail olmaq üçün görülməli işlər və gözlənilən nəticələr).
Fonda ilk dəfə müraciət edən gənclər təşkilatları 5 000 (beş min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Layihələr seçilərkən gənclərin ixtisası və fəaliyyət istiqamətlərinə, dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən təqdim edilən layihələrin isə nizamnaməsinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim edilən layihələrə üstünlük veriləcək.
Fond tərəfindən layihə qiymətləndirilməsi aparılan zaman gənclərin fəaliyyət istiqaməti sahəsində diplom və sertifikatı olanlara üstünlük veriləcək.

Layihə təklifi verəcək gənclər təşkilatları üçün tələblər:

dövlət qeydiyyatına alınmalı və bu barədə dövlət reyestrindən çıxarış təqdim etməli;
bankda hesaba malik olmalı;
illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Müsabiqənin başlama tarixi:

Layihə təklifləri 2018-ci il avqust ayının 28-dən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

Layihə təklifləri üçün son tarix 23 sentyabr 2018-ci il, saat 18:00.

Layihə təklifləri “Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və gənclərin qeydiyyata alınmasına dair Təlimat”a uyğun hazırlanmalı, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçilməli və saytda göstərilən həmin formaya uyğun olaraq, elektron qaydada təqdim edilməlidir.

Fond ölkə üzrə müxtəlif rayon və şəhərlərdə qeydiyyatda olan gəncləri və aktiv fəaliyyət göstərən gənclər təşkilatlarını layihə təklifləri ilə 11-ci qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
AVRO-2020: Biletlər bu gündən satışdadır
AVRO-2020: Biletlər bu gündən satışdadır
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Loading Bars
Xəbər lenti
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Bütün xəbərlər