...

Azərbaycana və əks istiqamətdə uçuşların qiyməti ucuzlaşdırıldı

Cəmiyyət Materials 3 Sentyabr 2018 10:30 (UTC +04:00)
"Etihad Airways" aviaşirkəti Azərbaycan, Bəhreyn, Misir, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, eləcə də bu ölkələrdən olan uçuşlara qiymətləri azaldır.
Azərbaycana və əks istiqamətdə uçuşların qiyməti ucuzlaşdırıldı

Bakı. Azad Həsənli - Trend:

"Etihad Airways" aviaşirkəti Azərbaycan, Bəhreyn, Misir, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, eləcə də bu ölkələrdən olan uçuşlara qiymətləri azaldır.

Trend-in məlumatına görə, şirkətin yeni qiymət siyasəti əlavə baqajsız uçanlara şamil ediləcək. Belə ki, sərnişinlər özləri ilə 7 kiloqram çəkidə əl baqajı götürə bilərlər, əlavə baqaj üçün isə ödəniş edilməlidir.

Bildirilir ki, "Etihad Airways" siyasətini ötənilki zərər fonunda dəyişir.

Qeyd edək ki, 2017-ci ildə şirkətin zərəri 1,52 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti