...

Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarına dair sərgi keçiriləcək

Cəmiyyət Materials 27 Sentyabr 2018 15:27 (UTC +04:00)
Sərgi Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10 ilinin tamam olması münasibətilə keçiriləcək.
Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarına dair sərgi keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Fransanın Azərbaycandakı səfirliyinin, AMEA Rəyasət Heyətinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə hər iki ölkə arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi təşkil ediləcək.

Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yaxın zamanlarda təşkili planlaşdırılan sərgi Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10 ilinin tamam olması münasibətilə keçiriləcək. Sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün mühüm əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdiriləcək.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümyer Universiteti arasında 2017-ci ilin martında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə müqavilənin müddəalarına əsasən, Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının nəticələrini əks etirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tbilisidə də təşkil olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti