...

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Cəmiyyət Materials 28 Sentyabr 2018 16:47 (UTC +04:00)
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Bakı. Trend:

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 23-28, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində fasilələrlə yağışlı hava şəraiti gözlənir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxtda hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti