...

Yarmarkaya gətirilən 30 ton bal yeyiləsi olmadı

Cəmiyyət Materials 8 Oktyabr 2018 14:26 (UTC +04:00)
Bakıda keçirilən bal yarmarkasında 371 arıçı işrirak edir.
Yarmarkaya gətirilən 30 ton bal yeyiləsi olmadı

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən bal yarmarkasında 371 arıçı işrirak edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O qeyd edib ki, yarmarkada 120 ton bal satışa çıxarılıb: “Yarmarkaya 150 ton bal gətirilmişdi. Lakin Qida Təhlükəsizliyi Agentliyinin apardığı analizlərin nəticəsində 30 ton bal standartlara cavab vermədiyi üçün yarmarkadan kənarlaşdırılıb. Həmin ballar yarmarkanın sonuna qədər saxlanılacaq və balların sonrakı aqibəti ilə bağlı qərarı Qida Təhlükəsizliyi Agentliyi verəcək”.

Assosiasiya sədri deyib ki, yarmarkada təkcə bal deyil, digər arıçılıq məhsulları, o cümlədən arı südü, çiçək tozu, güləm də satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti