Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi Tərcümə Mərkəzində olub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Türkiyə ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində nəzərdə tutulan tanıtım və nəşr layihələri, eləcə də hər iki ölkənin ədəbiyyatlararası mübadilələrinin inkişafına dair digər məsələlər müzakirə olunub.