...

Neft sahəsinə dair terminoloji lüğət nəşr olunub

Cəmiyyət Materials 19 Oktyabr 2018 10:30 (UTC +04:00)
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – irihəcmli “Azərbay­­canca – ingiliscə – rusca terminoloji lüğət” kitabı işıq üzü görüb.
Neft sahəsinə dair terminoloji lüğət nəşr olunub

Bakı. Trend:

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – irihəcmli “Azərbay­­canca – ingiliscə – rusca terminoloji lüğət” kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, Rəsul Rəxşanlı, Təranə Əsgərqızı, Rəxşanə Rəxşanlı və Fərrux Rzayevin hazırladıqları kitaba neft, kimya, neft və qaz emalı, kimyəvi analiz, kimya texnologiyası, ekologiya, nanokimya, nanomate­rial­lar, fullerenlər kimyası, kompüter kimyası sahəsinə dair 20.000-dən çox terminin Azərbaycan, rus və ingilis dilində tərcüməsi daxil edilib.

Azərbaycanda bu formatda ilk dəfə işıq üzü görən lüğət müvafiq sahələr üzrə elm, təhsil, tədris və tərcümə mütəxəssisləri, eləcə də bu ixtisaslara maraqlı oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti