...

Nazir: Azərbaycanda təhsil alan xarici tələbələrin sayı daha da artacaq

Cəmiyyət Materials 26 Oktyabr 2018 10:38 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır.

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, təhsilə hər il qoyulan sərmayə sonralar ölkəyə hər il 10 faiz əlavə gəlir gətirir.

C.Bayramov əlavə edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".

Nazir vurğulayıb ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır.

Onun sözlərinə görə, beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti