...

Bakı oktyabrda tibbin böyük simalarının toplaşdığı məkan oldu (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Noyabr 2018 13:19 (UTC +04:00)

Bakı. Trend:

АААМС (Azerbaijan Aesthetic & Antiage Medicine Congress) konqresi artıq 5-ci ildir estetik və yaş əleyhinə təbabət sahəsində dünya əhəmiyyətli forumların təqviminə salınır. Bakı 2014-cü ildən etibarən oktyabrın ilk günlərində estetikanın əsl Beauty-paytaxtına, dünya dəri kosmetologiya ulduzlarının cazibə mərkəzinə çevrilir.

Oktyabrın 4,5,6 və 7-də Bakıda AAAMC konqresinin təşkilatçıları olan Pharmanova əczaçılıq şirkəti və Buta Esthetic tibb şirkəti daha böyük unikal format təşkil ediblər. Bu, dünyada nüfuzlu estetik tibb təşkilatları olan dünya Paris konqresi IMCAS və Esthetic Consilium-un tərəfdaşlığı ilə Qazaxıstan sammiti (AMIS) ilə birlikdə alyansdır.

Bu elmi-praktik beynəlxalq meydançanın miqyası və proqramı nəticəsində 22 ölkədən 500-ə yaxın mütəxəssis və 17 ölkədən 43 tanınmış məruzəçi Bakıya gəlib. Dəvət edilmiş yerli mütəxəssislərlə birlikdə konqres iştirakçılarının sayı 780 nümayəndəyə çataraq rekord təşkil edib.

Nüfuzlu beynəlxalq təşkilatlarla, dünya estetik tibbin ustadları ilə əməkdaşlıq, konqresin qüsursuz təşkilatçılığı, ustad dərsləri, peşəkar vasitə və avadanlıqların sərgisi, Azərbaycan qonaqpərvərliyinə əsaslanan istirahət və koloritli ekskursiyalarla tədris prosesinin təbii ahəngi AAAMC-ni estetik təbabət dünyasında ən populyar və önəmli tədbirlərdən birinə çevirib.

Konqresin təsisçisi və direktoru Elşən Məmmədov tədbirdən sonra bizim suallarımızı cavablandırıb:

- Zəhmət olmasa, AAAMC konqresinin yaranma tarixi barədə danışın.

- EM: Biz fəaliyyətin özünəməxsusluğunu nəzərə alaraq bütün mümkün konqreslərə baş çəkirik.

Məruzələr və praktiki ustad dərsləri formatında innovativ texnologiyaların təqdimatı üçün Paris, Monako, Barselona, Sinqapur, Tokio, Honkonq, Moskva, London, Roma, Berlin estetik təbabət sahəsində ən çox rast gəlinən meydançalardır. İdeya 2010-cu ildə meydana gəlib, lakin komandanın perfeksionizmi layiqli Bakı meydançasının yaradılma planlarını 3-4 il geriyə atıb. Biz ən yaxşı konqreslərin təcrübəsini öyrənməyə başladıq və 2014-cü ildə 350 nümayəndə üçün Four Seasons Baku otelində debüt konqres keçirdik, nümayəndələrin 100-dən çoxu əcnəbi mütəxəssis olub. Biz ilk dəfədən qonaqları yüksək təşkilatçılıq səviyyəsi ilə fəth etməyi bacardıq. Yüksək təşkilatçılıq səviyyəsi həmin vaxtdan etibarən konqresin vizit kartına çevrilib. Biz hətta kiçik təfərrüatlara belə diqqət ayırmağa başladıq, lakin fikrimcə, belə dürüstlük Bakıya bu cür özünəməxsus forumlar üçün mərkəzi meydançalardan birinin ranqı qismində möhkəmlənməyə kömək edib.

- Belə miqyaslı mərasimin təşkil edilməsinin məqsədi nə olub və ona nail olunubmu?

- EM: Hesab edirik ki, nail olunub. AAAMC konqresini bu illər ərzində 3 000 iştirakçı və təqribən 120 spiker ziyarət edib, onların arasında estetik təbabətin əfsanələri və korifeyləri də olub. Əlbəttə ki, ilk iki ildə asan deyildi, konqres az tanınırdı, iştirakçıların cəlb edilməsi böyük qüvvə və komanda işi tələb edirdi. Bu yaxınlarda keçirilmiş növbəti 5-ci Forum göstərdi ki, bizim əməyimiz əbəs yerə olmayıb. Xarici tabloidlər bizim konqresimizi mütləq gedilməli olan forumların təqviminə salmağa başladılar və hesab edirəm ki, bu, boş yerə olmayıb, belə ki, bir çox dünya konqresi elmi proqramın dolğunluğuna və məruzələrlə mühazirəçilərin səviyyəsinə qibtə edə bilər.

- Hazırda dünyada, o cümlədən elmi tədbirlər sahəsində də böyük rəqabət var. İştirakçı niyə məhz Bakıya getməlidir?

- EM: Çox yaxşı sualdır. Bu, layihənin başlanğıcında mənim komandaya verdiyim ilk və əsas suallardan biri olub. Bütün mümkün səfərlərlə sınanmış mütəxəssislərin bizə gəlməsini üçün nə etməliyik?
Məsələn, hər il Monako, Paris, Las-Veqasa dəri kosmetologiyası və plastik cərrahiyyə üzrə konqreslərə 10 mindən 15 minədək mütəxəssis gedir. Belə mərasimlər estetik turizmin ayrılmaz hissəsinə çevrilib. Belə liderlərlə rəqabət aparmaq çətindir. Deməli nəsə daha çox şey təklif etmək lazımdır. Məhsulu tanınan etmək, bir növ brendə çevirmək əlavə fantaziyalar və sərmayələr tələb edir. Şübhəsiz ki, bu “niyə?” üzərində iş aparılıb. Sadə dillə desək, xüsusi cəlbedici “fişka” lazımıydı və biz konqresi necə cəlbedici etməyin yolunu artıq startda tapdıq.

- Bu barədə bir az konkret danışmaq və uğura aparan amilləri açıqlamaq olarmı?

- EM: Əslində AAAMC konqresinin uğurlarının bir neçə amili var. Ən yaxşı fişka əslində hadisələrin cərəyan etdiyi yer, yəni Bakı şəhəridir. Bizim şəhərimiz gözəl və xarizmatikdir, son illər o, turistlər üçün cəzb etmə məkanına çevrilib, biz bunu görürük. Yeni, gözəl şəhərsalma layihələri Bakını daha da canlandırır, qonaqlar qədimlik və müasirliyin bənzərsiz simbiozunu vurğulayırlar. Bakı iftixar etmək üçün səbəbə çevrilib. Ölkənin müsbət obrazının ayrılmaz hissəsi olan multikulturalizm siyasəti də amillərdən biridir. Bu, estetik təbabət sahəsində mövcud dəyərin izahı baxımından əhəmiyyət kəsb edir. Bu məqamın özü bizi hər bir iştirakçı üçün konqresdən əvvəl və sonra məcburi ekskursiya proqramlarını təşkil etməyə sövq edib.

Yekun qala-gecənin təşkil edilməsi ənənəsi bir çox konqreslərə xass xüsusiyyətdir. Biz tədbirin bu hissəsinə olduqca ciddi yanaşdıq. Saxta təvazökarlıq olmadan bizim yekun akkordun ən azı Şərqi Avropada və keçmiş sovet məkanında tayı-bərabəri yoxdur. Art of Beauty Award gözəl mükafatlandırma mərasimi, tədbirin keçirildiyi gözəl məkan, ləziz mətbəx, düşünülmüş şou-proqram – bütün bunlar böyük tədbirin hissələridir. Qabaqcıl xarici və yerli ekspertlərin təmsil olunduğu münsiflər heyətinin qərarı əsasında ən yaxşı mütəxəssislər, məhsullar və şirkətlər öz “Oskar”larını alırlar. Bu, qonaqları sevindirməyə bilməz və ola bilsin final şənliyi hətta konqresin elmi hissəsindən daha çox yaddaşlarda qalır.

Konqresin təşkilati məqamları ayrıca mövzudur. AAAMC digərlərindən fərqli olaraq, “Hər şey daxil” prinsipi üzrə əla konsept təklif edib. İştirakçı konqres zamanı öz məişəti barədə daha narahat olmur, “hara gedəsən və konqresdən sonra nə edəsən?” suallarını vermir. Biz müxtəlif seçimlər təklif etdik, lakin onların hər birinin əsas fəlsəfəsi iştirakçılara tam diqqət ayırmaqdır. Bizim “konqres” komandamızın özü qonaqlar üçün otelləri bronlaşdırır, transferlərlə məşğul olur, nahar-şam yeməkləri təşkil edir, sonra isə ekskursiyalar olur. Bütün bunlar iştirakçının maksimum komfortluğu və onun diqqətini tədrisə, elmi proqrama cəmləməsi üçün edilir. Elmi proqram təqribən 10 ay ərzində hazırlanır. O, eksklüzivdir, demək olar ki, həmişə trendlərə maksimum şəkildə uyğunlaşdırılıb və bəzən zarafatlaşırıq: “bəs indi gələn il üçün nə fikirləşəcəyik? Doğrudanmı daha yaxşısını? Və əslində daha yaxşı alınır!

- Belə çıxır ki, AAAMC konqresi daha çox xarici iştirakçıya istiqamətlənib?

- EM: Mən belə deməzdim. Elmi konqreslər tədrisin xüsusi formasıdır. Burada sən məruzələri canlı dinləyirsən, böyük simalara sualları şəxsən verə bilərsən, “əllərin duruşunadək” ustad-dərslərində iştirak edirsən. Yeri gəlmişkən biz 3-cü konqresdən etibarən əlavə günlər (“pre” və “post” kurslar) tətbiq etdik, burada estetik təbabət ustadlarının rəhbərliyi altında tədris dərinləşdirilmiş formada keçirilir. Mən təşkilatçı kimi məhz yerli mütəxəssislərin bilik, təcrübə və xidmət səviyyəsinin artmasında birbaşa maraqlıyam. Əlbəttə ki, yerli mütəxissislərin bir hissəsi tərəfindən daha çox diqqətin yetirilməsinə dərketmə təvazökarlığı mane olur, lakin vaxt ötdükcə bu da normaya düşəcək.

Fakt ondan ibarətdir ki, faiz nisbətində əcnəbi iştirakçıların sayı ildən-ilə artır, bu il o göstərici 65 faizə çatıb. Bunun mənfi hal olduğunu deyə bilmərəm. İstənilən beynəlxalq konqres lokal tədbirdir. Məsələn, Paris IMCAS (AAAMC-nın elmi tərəfdaşları) dünyada ən çox baş çəkilən forumlardan (10 000 deleqatdan çox) birdir, lakin o, hər halda heç də fransız mütəxəssislərinin üstünlük təşkil etdiyi konqres deyil. İstənilən halda əgər bizim Bakl konqresində əcnəbi iştirakçılar 90 faiz təşkil edəcəksə, biz də dilxor olmayacağıq. Bu il deleqatların sayına görə top-ölkələr Rusiya, Ukrayna, Qazaxıstan və ... İsraildir.

- AAAMC-2018 cari il dəri kosmetoloqları üçün yeni nə təklif edib?

- EM: İndiki konqres əvvəlki kimi adlar baxımından zəngindir: Benjamin Aşer, Konrad de Bul, Marina Landau, İrina Xrustaleva, Metyu Stefanelli, Jislen Beylin, İqor Rudenko, Volfqanq Redka-Svoboda, Mario Qoizis və daha 40-dan çox yüksək səviyyəli məruzəçi iştirakçıları eksklüziv məruzələrlə, müəllif ustad-dərsləri, fərdi “əl duruşları” ilə sevindirib. AAAMC-2018 proqramının xüsusi aksenti yaşlanma problemləri olub. Gələcəkdə qlobal yanaşma yaş əleyhinə terapiya ilə yaşlanmanın xarici əlamətlərinin korreksiyasının simbiozundan ibarət olacaq. Bu, həlledici məqamdır, o, çoxlu mütəxəssislər tərəfindən lazımi qədər qiymətləndirilməyib, lakin yaxın gələcəkdə praktikada mütləq öz yerini tapacaq.

Konqreslə paralel keçirilən Beauty-sərgidə qabaqcıl dünya şirkətlərinin daha çox stendi olub: Allergan (Botox, Juvederm), Galderma (Restylane), Teoxane (Teosyal), Vivacy (Stylage), Filorga (Art Filler, NCTF), JBP (Laennec), Aptos (threadlifting) və daha onlarla şirkət.
Konqresin beynəlmiləl kontingenti üçün məlumatın verilməsinin əlçatan olması vacib aspektdir və biz keyfiyyətli, sinxron multidil tərcümələrə daha çox fikir verdik. Konqres və kurslara 6 sinxron tərcüməçi xidmət göstərib, onların dördü Avropadandır.

Konqresdən əvvəl və sonra biz daha unikal “pre” və “post” kurslar təşkil etdik. Lipofillinq, tredliftinq, estetik ginekologiya, üzün anatomiyası üzrə “əlin duruşu” ilə bağlı qruplar üçün əfsanəvi korifeylərlə ayrıca günlər keçirilib. Bütün ustad-dərsləri Kepro Esthetic & Antiage
Clinic-in bazasında və Cənubi Qafqazda ultramüasir, ən böyük konqres mərkəzi olan Baku Convention Center-də baş tutub. Əcnəbi spikerlər həm konqres zalın, həm də klinikanın səviyyəsindən, funksionallığından və texniki təchizatından çox razılıq edirdilər. Konqresin praktiki hissəsində inyeksiya, lazer, sap və hüceyrə texnologiyaları üzrə satellitlər təqdim olunub.

Konqresin keçirildiyi məkan da dəyişməz olaraq qalıb – Boulevard Autograph Collectiob Hotel. Biz dənizin sahilində, praktiki olaraq Bakının mərkəzində yerləşən bu bənzərsiz kurortun belə səviyyəli tədbir üçün çox layiqli olduğunu hesab edirik. Otelin ölkədə ən böyük konfrans zalı, texniki təchizat, interyerin dizaynı və servisin səviyyəsi burada ən üst vəziyyətdədir. İştirakçılar üçün də rahatdır – eyni məkada həm yaşayırsan, həm də öyrənirsən. Bizim komandamız xeyli sayda əcnəbi nümayəndənin olmasını nəzərə alaraq, qonaqların arzusuna görə başqa otellərin də xidmətindən istifadə etməli olub: bunlar Four Seasons, Fairmont və Qafqaz otelləridir.

- Elşən bəy, belə böyük iş nəyin naminə edilir, sizin bəhrəniz gələcəkdə komandanıza və ümumilikdə sahəyə hansı töhfələri verəcək?

- EM: Mən də tez-tez özümə bu sualı verirəm. Həqiqətən də iş çox zəhmətli və məsuliyyətlidir. Konqresin 4-5 gününə hazırlıq bütöv komandanın hər dəfə 9-10 aylıq iş görməsini tələb edir. Biz hərdən zarafatlaşırıq və prosesi uşağın anadan olması ilə müqayisə edirik. Çətinliyə baxmayaraq, qəlbin dərinliyində hər halda başa düşürəm ki, kimsə bu işi görməlidir və tibbin bu kiçik, lakin maraqlı seqmentində ölkəni təmsil etmək məsuliyyətini üzərinə götürməlidir.

AAAMC konqresi bizim üçün bir növ təsəllidir. Hətta konqresin rəmzinin nar olması faktı əsl anti-eyc bəhrəsidir və AAAMC dünyasında artıq onu “nar konqresi” adlandırırlar, sevindirici haldır, eyni zamanda əyləncəlidir. Hər bir iştirakçının stolunun üzərində dəyişməz olaraq nar, bütün konqres ərzində nar şirəsi; xatirə olaraq evə özləri ilə azərçay və narşərab götürürlər. Bu məsələdə verdikləri dəstəyə görə Azersun-a, bu il isə Aznar-a təşəkkür edirik. Cari il fəxri qonaqlar və laureatlar üçün koloritli təsvirli və daha çox tünd-qırmızı mövzulu kəlağayı və digər aksessuarları Mənzər Hacıyevdən (Menzer Hajiyeva) seçiblər. Hətta keçən ilki qala-gecə tematik, tünd-qırmızı olub. Yeri gəlmişkən, Art of Beauty Award estetik tibb sahəsində 5-cı illik mükafatın təqdim edilməsinin təntənəli mərasimi üçün Horce & Polo Club-da Elite Event Hall-u ardıcıl ikinci il meydança qismində seçiblər. Mən səmimi qəlbdən bütün partnyorlara, tədbirin ab-havasına bu və ya digər formada öz töhfəsini verən hər kəsə təşəkkür edirəm. Bütün dünyadan minlərlə tərif dolu rəylər bizim hamımız üçün ən yaxşı qiymətdir.

Kommersiya baxımından belə böyük layihəni ildən ilə dəstəkləmək təbii ki, çətinlik törədir. Eyni zamanda başa düşürəm ki, hətta ən uğurlu layihə heç də həmişə kommersiya baxımından maraqlı ola bilməz və olmalıdır. Lakin biz hətta bunu bilərək həmin layihəyə doğru ildən-ilə şüurlu olaraq getdik və gedirik. Hazırda biz layihənin inkişafı, təşkilatı səviyyənin sabitliyi və buraya getdikcə daha çox iştirakçınının cəlb olunması barədə düşünürük.

Biz hadisə turizminin bir hissəsinə çevrildik və mən inanıram ki, gələcəkdə Monakaya bənzər məhsul verə bilərik, xoşbəxtlikdən Bakının şərait və infrastrukturu fikrimcə, xeyli rahatdır. Azərbaycan Qərblə Şərqin kəsişməsində yerləşir, sivilizasiyalar arasında bir növ körpü rolunu yerinə yetirir, bu baxımdan iki “dünyadan” olan daha çox mütəxəssisi bir araya gətirmək rahat olardı. AAAMC-nın qlobal hədəfi də bundaan ibarətdir – sadəcə buna inanmaq və ardıcıl olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti