...

Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə səfəri uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2018 12:15 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə (Lənkəran, Astara və Masallı) olan 4 günlük səfəri noyabrın 21-də uğurla başa çatıb.
Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə səfəri uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə (Lənkəran, Astara və Masallı) olan 4 günlük səfəri noyabrın 21-də uğurla başa çatıb.

Trend-in məlumatına görə, 18-21 noyabr 2018-ci il tarixlərində səfərdə olan məktəblilər turun birinci günündə Lənkəran şəhərinə çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri ilə qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxışlar və konsert proqramı təşkil olunub. Qrup iştirakçıları Lənkəran şəhərində yerləşən “Lux” mehmanxanasında yerləşdirildikdən sonra şam yeməyi və əyləncəli oyunlar təşkil olunub.

Turun ikinci günündə məktəblilər Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya ediblər. Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası ilə tanış olublar.

Turun üçüncü günündə Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Heydər Əliyev parkı, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyi, Olimpiya İdman Kompleksi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanışlıq olub. Astara şəhərində Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bulvar, “Yanar Bulağ”, Astara çay fabriki ilə tanışlıq məktəblilər tərəfindən maraqla qarşılanıb.

21 noyabr 2018-ci il tarixində gündüz saatlarında Lənkəran şəhərindən qayıdan məktəblilər Qaradağ rayonu Heydər Əliyev Mərkəzinin qarşısında valideynləri və rayon icra hakimiyyətinin rəsmiləri tərəfindən qarşılanıb, məktəblilər zəngin təəssüratlarını bölüşüb, onlara göstərilən bu qayğıya və yaradılan şəraitlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Sonda tur-aksiyası iştirakçıları ilə birgə xatirə şəkilləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti