...

Səhiyyə Nazirliyi: Suçiçəyinə yoluxma tək-tək hallarda müşahidə edilir

Cəmiyyət Materials 25 Dekabr 2018 07:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.

RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır.

A.Əliyeva qeyd edib ki, heç bir məktəbəqədər müəssisədə və məktəbdə xəstəliyin artımı müşahidə edilmir:

"Heç bir müəssisədə xəstəliyin ocağı yoxdur. Xəstəliyin tək-tək hallarda müşahidə edilməsi isə adi haldır. Müallicə profilaktika müəssiələrimiz tərəfindən suçiçəyinə yoluxanlara diaqnozun vaxtında qoyulması, onların kollektivdən təcrid olunması, müaynəsi və müalicəsi, RGEM-in yerli şöbələri tərəfindən isə yerlərdə əks-epidemik tədbirlərin aparılması təmin edilir".

Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva qeyd edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur:

"Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır və suçiçəyinə qarşı peyvənd tətbiq edilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti