...

Azərbaycanda tikinti işləri yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq

Cəmiyyət Materials 2 Yanvar 2019 18:01 (UTC +04:00)
Azərbaycanda tikinti işləri yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.
Azərbaycanda tikinti işləri yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda şəhərsalma və tikinti sahəsində fəaliyyət yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Sənəddə qeyd olunur ki, 2019-2020-ci illərdə tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdiriləcək.

Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarları və tələbləri şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlara daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti