...

"İkisahil.az" yeni ildə yeni dizaynda

Cəmiyyət Materials 4 Yanvar 2019 18:15 (UTC +04:00)
Sayt 2019-cu ilin ilk günlərində yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib.
"İkisahil.az" yeni ildə yeni dizaynda

Bakı. Trend:

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutan və öz dəst-xətti ilə seçilən «İki sahil» qəzetinin «ikisahil.az» saytı 2019-cu ilin ilk günlərində yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. Ayrı-ayrı sahələr üzrə görülən işlərin, əldə olunan uğurların konkret bölmələrdə yerləşdirilərək, tez və asan şəkildə oxuculara çatdırılması təkmilləşmənin, yeniləşmənin, ən əsası daim qeyd etidiyimiz kimi, yeni texnologiyaların uğuru, perspektividir.

Yeni saytda diqqəti cəlb edən əsas yeniliklərdən biri də qəzetimizin təsisçisi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən, adı bu gün dünyanın nüfuzlu şirkətləri ilə eyni sırada çəkilən SOCAR-ın, eyni zamanda, onun ayrı-ayrı strukturlarının fəaliyyəti barədə dolğun məlumatların əldə olunması üçün “SOCAR” bölməsinin yaradılması, ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesində yeniliklərin, nailiyyətlərin məhz bu bölmədə yerləşdirilməsidir.

Uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. «İki sahil» qəzetinin yeni ildə yeni tərtibatda saytla oxucularının görüşünə gəlməsi demokratik cəmiyyətin əsas atributlarından biri kimi dəyərləndirilən mətbuatın təkmilləşməsinin, yeniləşməsinin, operativliyi fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsinin təzahürüdür.

Qeyd etdiyimiz kimi, yeni sayt müasir tələblərə uyğun olaraq sadə, zövqlü, eyni zamanda, maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizayndan əlavə, saytın məzmununda da yeniliklər diqqətçəkəndir. Əvvəlki dizaynda mövcud olan bölmələr də ümumiləşdirilərək istifadəçilərə təqdim olunub. Belə ki, quruluş və məzmun baxımından müasir texnologiyaların tələblərinə cavab verən yeni saytda “Siyasət», «Ordu», «SOCAR», «İqtisadiyyat», «Analitika», «Sosial», «Mədəniyyət» «Dünya», «Maraqlı», «İdman», «Köşə», «Qan yaddaşı» bölmələri yer alıb. İstifadəçilər bu bölmələr vasitəsilə 27 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın ayrı-ayrı sahələr üzrə dünəninə, bu gününə və sabahına baxış olmaqla operativ məlumatları əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti