...

Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmi sahibləri və liman kapitanlarına xəbərdarlıq edib (FOTO)

Cəmiyyət Materials 8 Yanvar 2019 17:10 (UTC +04:00)
Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmi sahibləri və liman kapitanlarına xəbərdarlıq edib (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, yanvar ayının 9-u günün ikinci yarısından yanvarın 10-nu gündüzədək Xəzər dəniz akvatoriyasinda şimal-qərb, şimal kuləyinin sürəti 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə arabir 35 m/s-dək güclənəcək. Dalğanın hündürlüyünün isə 2-4 metr, sonrakı inkişafda 6-8 metrədək olması gözlənilir.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin müətəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Milli Mərkəz eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırlıb.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti