...

Millət vəkili: Formaları məktəblərə satdırırlar

Cəmiyyət Materials 24 Yanvar 2019 16:37 (UTC +04:00)
Narazılıqların yaranmaması üçün nə isə düşünmək lazımdır
Millət vəkili: Formaları məktəblərə satdırırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

“Məktəb formalarını orta məktəblərə satdırırlar. Bununla bağlı narazılıqlar var. Narazılıqların yaranmaması üçün nə isə düşünmək lazımdır”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Deputat müəllimlərin həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçirməsi məsələsinə də toxunub. S.Əliyeva hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: “Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirməyə nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur“.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti