...

Memarlıq və İnşaat Universitetinin müəllimləriə Lester Universitetinin sertifikatları təqdim edilib

Cəmiyyət Materials 15 Fevral 2019 18:08 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimləri üçün keçirilən “Mini CELTA” təlimi bu gün yekunlaşıb.

Universitetdən Trend-ə verilən məlumata görə, təlimdə AzMİU-nun 19 müəllimi iştirak edib. Böyük Britaniyanın Lester Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən 1 həftəlik təlimi uğurla başa vuran müəllimlər sözügedən universitetin sertifikatlarını əldə ediblər.

Qeyd edək ki, təlim Britisih Council Azərbaycan şirkətinin təşkil“Creative Spark” proqramı çərçivəsində keçirilir. Bu artıq Lester Universiteti tərəfindən AzMİU-nun müəllimlərinə keçirilən 4-cü belə təlimdir. Bundan əlavə, AzMİU müəllimləri Lester Universitetində də bir sıra təlimlərə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti