...

Beynəlxalq yarışmanın Azərbaycandan olan təmsilçiləri: UNEC komandası

Cəmiyyət Materials 22 Fevral 2019 19:04 (UTC +04:00)
UNEC tələbələri CFA institutu tərəfindən hər il təşkil edilən “The CFA Institute Research Challenge” beynəlxalq yarışmasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Beynəlxalq yarışmanın Azərbaycandan olan təmsilçiləri: UNEC komandası

Bakı. Trend:

UNEC tələbələri CFA institutu tərəfindən hər il təşkil edilən “The CFA Institute Research Challenge” beynəlxalq yarışmasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC komandasını Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) maliyyə ixtisası üzrə IV kurs tələbələri Ruslan Axundzadə, Toğrul Həsənov və SABAH qruplarının maliyyə ixtisası üzrə IV kurs tələbələri Mirşahin Ağayev və İlkin Sultanov təmsil ediblər.

Builki yarışmada Rusiya, Azərbaycan və Belarusiyanın 31 komandası mübarizə aparıb. İştirakçılar “Norilsk Nickel” şirkətinin maliyyə durumunu, fəaliyyət göstərdiyi bazarı və ölkə iqtisadiyyatını analiz ediblər, şirkətin qiymətləndirilməsini apararaq, hesabat hazırlayıblar. Hesabatları uğurlu olan 6 komanda Moskvada keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışmanın şərtlərinə uyğun olaraq, Moskvada çıxış edən 6 komandadan 2-si Sürixdə keçiriləcək regional finala, regional finalda uğurla çıxış edən komandalar isə Amerika Birləşmiş Ştatlarında keçiriləcək qlobal finala vəsiqə qazanmaq şansı əldə edəcəklər.

Yarışda UNEC komandasına fakültə üzrə Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov, ixtisas üzrə isə “Pasha İnvestments” şirkətinin investisiyalar üzrə baş analitiki Elnur Bədəlov rəhbərlik edib.

Qeyd edək ki, UNEC Azərbaycandan regional finala vəsiqə qazanan yeganə komandadır.

UNEC komandasını təbrik edirik, yarışmada uğurlar arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti