...

ETSN: Payızda əkilən ağaclar daha yaxşı inkişaf edir

Cəmiyyət Materials 26 Fevral 2019 17:23 (UTC +04:00)
Meyvə tinglərinin əsasən noyabrda yarpaq töküləndən (vegetasiya dövrü dayandıqdan) sonra əkilməsi məsləhətdir.
ETSN: Payızda əkilən ağaclar daha yaxşı inkişaf edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Meyvə tinglərinin əsasən noyabrda yarpaq töküləndən (vegetasiya dövrü dayandıqdan) sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Gülnarə Məmmədova deyib.

Onun sözlərinə görə, meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur:

"Belə ki, gündüzlər gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul (5 qr sabun və 250 qr kül) hazırlanmalı və 1 litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır. Meyvə bağlarına qulluq mart ayında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral (fosfor və kalium) gübrələr verilməlidir. Ağaclar bar verdikdən sonra zəifləyir. Ona görə payız mövsümündə gübrələri verdikdən sonra suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir".

G.Məmmədova qeyd edib ki, meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti