...

Azərbaycanda yeni xəbər kanalı açılacaq

Cəmiyyət Materials 28 Fevral 2019 17:56 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Azərbaycanda yeni xəbər kanalı açılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti