...

"Qazax Sement Zavodu" sərhədyanı kəndlərdə yaşayan şəhid ailələrini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 20 Mart 2019 10:00 (UTC +04:00)
Ölkədə aparılan sosial yönümlü siyasətə uyğun olaraq, Qazax Sement Zavodu şəhid ailələrinə və aztəminatlı ailələrə yardımlar edir.
"Qazax Sement Zavodu" sərhədyanı kəndlərdə yaşayan şəhid ailələrini ziyarət edib (FOTO)

Bakı. Trend:

Ölkədə aparılan sosial yönümlü siyasətə uyğun olaraq, Qazax Sement Zavodu şəhid ailələrinə və aztəminatlı ailələrə yardımlar edir.

Qazax Sement Zavodu MMC bayram və əlamətdar günlərdə rayonun bir sıra kəndlərində yaşayan şəhid ailələrini ziyarət edərək, onları bayram münasibətilə təbrik edir və hər zaman onların zavodun diqqət mərkəzində olduğunu göstərir.

Bu ənənəni davam etdirən Qazax Sement Zavodu bu ilki Novruz bayramında Daş Salahlı kəndi ilə yanaşı, rayonun sərhədyanı kəndlərində də yaşayan şəhid ailələrini yaşadıqları kəndlərə gedərək ziyarət etmişdir. Belə ki, 18 Mart 2019-cu ildə rayonun Daş Salahlı kəndində yaşayan 21, Məzəm kəndində 6, Quşçu Ayrım kəndində 16, Cəfərli kəndində 3, Bala Cəfərli kəndində 3, Aslanbəyli kəndində 10, Qaymaqlı kəndində 6, Kəmərli kəndində yaşayan 9 şəhid ailəsi, Daş Salahlı kəndində 1 imkansız ailə və 3 aprel döyüşləri şəhidləri ailələri olmaqla, ümumilikdə 78 ailəni evlərində ziyarət edərək, onları Novruz bayramı münasibətilə təbrik etmişdir. Daha sonra onlara Zavod Rəhbərliyinin bayram tədrikləri çatdırılmış və onlara zavod tərəfindən hazırlanmış bayram hədiyyələri təqdim edilmişdir. Şəhid ailələri hər zaman bayram və əlamətdar günlərdə zavod tərəfindən onlara göstərilən diqqəti yüksək qiymətləndirmiş və zavodun rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Qazax Sement Zavodu MMC buna bənzər tədbirləri gələcəkdə daha da genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti