...

316 nəfər peşə təlimini başa vurub

Cəmiyyət Materials 23 Mart 2019 14:22 (UTC +04:00)
Bu il Dövlət Məşğulluq Xidmətinin peşə kurslarında 316 nəfər peşə təlimini uğurla başa çatdırıb
316 nəfər peşə təlimini başa vurub

Bakı. Trend:

Ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən 316 nəfər (o cümlədən 177 qadın) bu ilin ilk rübündə peşə təlimini uğurla başa çatdırıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kurslara cəlb edilənlərə dərzi, aşpaz, bərbər-manikürçü, ikinci dairə üzrə elektrik quraşdırıcısı, çilingər, elektrik-qaz qaynaqçısı və digər peşələr üzrə Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun bilik və bacarıqlar tədris edilib. Onlara peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub.

Təlimləri bitirənlərin artıq əksəriyyəti yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunublar.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Hazırda müxtəlif peşələr üzrə bir sıra peşə təlimi kursları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti