...

Kolleclərə bu gunədək 49 minə yaxın abituriyent ərizə verib

Cəmiyyət Materials 1 Aprel 2019 10:22 (UTC +04:00)
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.
Kolleclərə bu gunədək 49 minə yaxın abituriyent ərizə verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:45-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 48 022 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti