...

Nazir Qəbələdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan xidmət sahəsi və təsərrüfatlarla tanış olub (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2019 16:28 (UTC +04:00)
Ötən il həmin rayonda 93 şəxs özünüməşğulluq proqramına cəlb edilib
Nazir Qəbələdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan xidmət sahəsi və təsərrüfatlarla tanış olub (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış avtoservis-xidmət sahəsi və iki heyvandarlıq təsərrüfatı ilə tanış olublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Babayev proqram iştirakçıları ilə görüşündə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox insanı əhatə etdiyini, biznes-planlarını uğurla müdafiə edən 7267 nəfərin keçən il proqramın iştirakçısı olduğunu deyib. O, gələcəkdə də proqramın əhəmiyyətli genişləndiriləcəyini bildirib.

S.Babayev qeyd edib ki, vətəndaşların proqrama cəlb edilməsi işlərində daha həssas əhali qruplarına -əlilliyi olan şəxslərin, məcburi köçkünlərin, şəhid ailə üzvlərinin və b. üstünlük verilir. Qəbələ rayonunda hazırda baxış keçirilən, özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlardan elə birinin də sahibi şəhid ailəsi üzvüdür.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesini qurmuş insanlar aztəminatlı ailələrin sahibkarlığa çıxışına şərait yaradıldığına görə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ötən il Qəbələ rayonunda 93 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti