...

Bu il 253 nəfər peşə kurslarına cəlb edilib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2019 21:18 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ilk rübündə 253 nəfər peşə kurslarına cəlb edilib
Bu il 253 nəfər peşə kurslarına cəlb edilib (FOTO)

Bakı. Trend:

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 253 nəfər əmək bazarının tələblərinə uyğun müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə hazırlanaraq təsdiq edilmiş tədris proqramları əsasında təşkil olunan kursları bitirənlərə bu barədə sertifikatlar təqdim olunub.

Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi işləri də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti