...

"Citibank" nümayəndəsi UNEC-də təqdimat keçirib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2019 19:05 (UTC +04:00)
Citibank-ın Qiymətli kağızlarla iş bölməsinin rəhbəri Günsel Topbaşın qiymətli kağızlar bazarı haqqında təqdimatı keçirilib.
"Citibank" nümayəndəsi UNEC-də təqdimat keçirib (FOTO)

Bakı. Trend:

UNEC-də dünya maliyyə brendi Citigroup-un tərkibinə daxil olan Citibank-ın Yaxın Şərq və Afrika, RF, Ukrayna, Qazaxıstan, İsrail və Türkiyə üzrə Qiymətli kağızlarla iş bölməsinin rəhbəri Günsel Topbaşın qiymətli kağızlar bazarı haqqında təqdimatı keçirilib.

UNEC-dən Trend-ə verilən məlumata görə, Bakı Fond Birjası ilə imzalanmış memoranduma əsasən keçirilmiş təqdimatda tələbələrin böyük maraqla qarşıladıqları təqdimatda G.Topbaş qiymətli kazırların növləri, xüsusiyyətləri, müxtəlif regionlarda və ölkələrdə fond bazarının durumu və tendensiyaları haqqında fərqli formatda məlumat verib.

Bakı Fond Birjasının təşkilatçılığı ilə Bakıda işgüzar səfərlə olan G.Topbaş UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alan tələbələr üçün keçirdiyi master klassda dünya fond bazarının meyləri, müasir qiymətli kağızlar bazarında investisiya əməliyyatlarının sxemləri əyani şəkildə nümayiş edilib.

Dünya fond bazarının əsas tədbirlərində, konfranslarda mütəmadi olaraq çıxış edən G.Topbaş Azərbaycan fond bazarının inkişaf pespektivlərinə toxunraq, həyata keçirilməsi zəruri olan işlər barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti