Bakı. Cani Babayeva - Trend:
Azərbaycan gimnastları Arzu Cəlilova və Nərminə Səmədova lentlə hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər.
Trend-in məlumatına görə, eyni növ hərəkətlərdə turnirin finalına həmçinin Anastasiya Simakova (Rusiya), Sofia Raffaelli (İtaliya), Asya Adi Kats (İsrail), Arina Krasnorutskaya (Belarus), Sabina Bakatova (Qazaxıstan), Katrin Tsoneva (Bolqarıstan) yüksəliblər.
Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.
Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.