...

Milli Məclisdə şagirdlərin çantalarının ağır olması məsələsi qaldırılıb

Cəmiyyət Materials 3 May 2019 13:37 (UTC +04:00)
Milli Məclisdə orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsi qaldırılıb
Milli Məclisdə şagirdlərin çantalarının ağır olması məsələsi qaldırılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, bu məsələ ilə bağlı parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas çıxış edib.

Deputat deyib ki, çantaların ağır olması səbəbindən uşaqların onurğa sistemi sıradan çıxacaq: "Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz. Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, bu məsələ ilə bağlı hazırda müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti