...

Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılışını elan edib (FOTO)

Cəmiyyət Materials 16 May 2019 18:03 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılışını elan edib
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılışını elan edib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

Trend-in məlumatına görə, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov çempionatın açılışını elan edib.

F.Qayıbov çıxışında deyib: "Avropa Gimnastika İttifaqı adından hamızını salamlayıram. Artıq 4-cü dəfədir ki, Azərbaycanda bədii gimnastika üzrə Avropa Çempionatı keçirilir. Həmişə olduğu kimi bu dəfə də yarışlar ən yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya, təşkilat komitəsinin üzvlərinə, könüllülərə öz dərin minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, 16-19 may tarixlərində keçiriləcək bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti